“Goranboy bələdiyyəsi bu gün ölkəmizin sosial-iqtisadi və və mədəni həyatında öz töhvəsini verməkdədir. Bu sahədə əvvəlki illərdən fərqli olaraq inkişafın, tərəqqinin, təcürbənin artması göz önündədir. Bələdiyyəmiz getdikcə formalaşır, maliyyə və digər imkanlarını genişləndirir”- bu fikirləri Belediyye.info saytına Göranboy şəhər bələdiyyəsinin sədri şəmsi əliyev deyib.
Bu günlərdə seçiciləri qarşısında hesabatla çıxış edən sədrin sözlərinə görə, 2015-ci ilin 6 ayı ərzində Goranboy bələdiyyəsinin 8 iclası keçirilib: “Hər bir iclasda sakinlərimizi narahat edən məsələlər müzakirəyə çıxarılaraq həlli istiqamətində qərarlar qəbul etmişik.
Bələdiyyənin ilk iclasında isə bələdiyyənin strukturu müəyyən edilərək, icra aparatının, daimi komissiyaların iş planları təsdiqlənib.”
Qeyd edək ki, altı ay ərzində Goranboy bələdiyyəsinə 121 ədəd məktub və 42 ərizə daxil olub. Müxtəlif məsələlərlə bağlı bələdiyyə rəhbərliyi tərəfindən 56 vətəndaş qəbul edilib. "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılaraq nəticəsi barədə ərizəçilərə məlumat verilib.
Sədrin sözlərinə görə, Goranboy bələdiyyəsi tərəfindən cari ilin altı ayı ərzində qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən toplanan verginin həcmi 22.765 manata bərabər olub. əmlak vergisinə görə 420 manat, torpaq vergisinə görə 5846 manat, küçə reklamının yerləşməsinə görə ödəniş 2448 manat, bələdiyyə əmlakının özəlləşməsindən daxil olan ödəniş 10688 manat, torpağın icarəyə verilməsindən gəlir 480 manat, marşrut avtobuslarından dayanacaq haqqından 384 manat olmuşdur.
2015-ci ilin 6 ayı ərzində xərclər isə 29961 manat təşkil etmişdir. Bunlardan mədəni kütləvi tədbirlərin təşkilinə 4619 manat, imtiyazlı və imkansız 33 ailəyə bayram və ərzaq sovqatı 681 manat, idman tədbirlərinə 2000 manat xərc çəkilib.
Bələdiyyə Göranboy şəhərinin abadlığına ümumilikdə 11.160 manat xərc çəkmişdir.
Səkilərin salınmasını, küçələrdə təmizlik işlərinin aparılmasını, yeni ağacların əkilməsini bələdiyyə daim diqqət mərkzəində saxlayır.
əmlak vergisinin yığımında ciddi çətinliklərlə üzləşsəkdə, əhali arasında maarifləndirmə işini unutmur, müfəttişlərimiz daim əhaliyə bildirişləri paylayır, həmdə əmlakın vergisiylə bağlı söhbətlər aparırlar.
Belediyye.info